Dili sürətlə öyrənin!

Elə ilk gündən danışın, dinləyin və öyrənin

Dili seçin
Ən yaxşı dil öyrənmə tətbiqi olan uTalk ilə dili sürətlə öyrənən qadın.
uTalk dil tətbiqi lüğət öyrənmək üçün istifadə olunur.

Kim üçündür?

"uTalk" xarici dildə ən çox istifadə olunan söz və ifadələri öyrənmək istəyən hər kəs üçündür. Bu həm xarici dil öyrənməyə yeni başlayanlar üçün, həm də lüğət bazasını zənginləşdirmək və tələffüzü təkmilləşdirmək istəyənlər üçün mükəmməl bir tətbiqdir.

Bundan başqa, "uTalk"dan istifadə edə bilməyiniz üçün azərbaycandilli olmağınız vacib deyil, çünki tətbiq 100-dən çox dildə danışanlar üçün uyğundur. Yəni siz ispan dilində danışaraq suahili dilini, yaxud Filippin dilində danışaraq fransız dilini öyrənə bilərsiniz, çünki burada 20000-dən çox dil öyrənmə kombinasiyası var.

Tətbiqdə nə var?

Tətbiq müxtəlif mövzular üzrə bölünmüş gündəlik istifadə olunan söz və ifadələri əhatə edir. Hər bir mövzunun öyrənilməsi təqribən iki-üç saat çəkir, amma siz bir mövzuya beş dəqiqəlik də daxil ola bilərsiniz. Özünüzə rahat olan tezlikdə istədiyiniz zaman öyrənin. 

60-dan çox mövzudan ibarət olan hər bir dili öyrənmək təqribən 180 saat çəkəcək. 

Tətbiqdə eşitdiyiniz hər bir söz kişi və qadın dil daşıyıcıları tərəfindən səsləndirilir. Mükəmməl tələffüzə nail olanadək öz səsinizi yazaraq onların tələffüzü ilə müqayisə edin.

uTalk telefon, planşet və kompüter dil tətbiqi lüğəti öyrənmək üçün istifadə olunur.
uTalk planşet dil tətbiqi əsas söz və ifadələri öyrənmək üçün istifadə olunur.

İstifadə üsulu

Sizə lazım olan söz və ifadələri seçin və özünüzə rahat olan vaxtda öyrənin. Dil daşıyıcıları tərəfindən tələffüzü və həm öyrəndiyiniz dildə, həm də doğma dilinizdə doğru yazılışı göstərilən "İfadələrin işlənməsi" bölməsindən başlayın. 

Bundan sonra isə hər şey yalnız öyrəndiyiniz dildə olacaq! Getdikcə çətinləşən 5 maraqlı oyun sayəsində siz biliyinizi yoxlaya və yaddaşınızın daha da güclənməsinin şahidi ola biləcəksiniz. İnkişafınızı göstərən ballar həvəsinizi artıracaq. Bütün mərhələləri keçmək üçün isə sizə artıq yeni dildə düşünmək lazım olacaq. 

İşimizə nə dərəcədə sadiqik?

Həddən artıq! Son 15 il ərzində 1000-dən çox müxtəlif dil daşıyıcısı bizim studiyamızda sayı daim artmaqda olan 150-dan çox dil üzrə səsyazmada iştirak edib. Səsyazma keçirmək üçün səhraya və qışda Sibirə də getmişik! Hədəfimizə çatmaq üçün əlavə 1 kilometr getmək lazımdırsa, gedəcəyik. Biz ən çox yayılmış, azlıqda qalan, yoxolma təhlükəsində olan bütün dilləri sevirik!

Axtardığınız dili tətbiqdə tapa bilmədiniz? hello@utalk.com elektron poçtu vasitəsilə bizə məlumat verin. Əgər bizi həmin dil daşıyıcısı ilə əlaqələndirə bilərsinizsə, biz əməkdaşlığa hazırıq. Biz hər zaman öz cəmiyyətini və dilini təmsil edən insanların axtarışındayıq.

uTalk telefon dil tətbiqi fərqli dildə lüğət öyrənmək üçün istifadə olunur.