Pinanq hokkien dilini öyrənin

Pinanq hokkieni praktiki, real-həyat vəziyyətləri ilə öyrənin! Sadə, sürətli və asan öyrənmə. Pinanq hokkieni özünəinamla danışın. uTalk ilə indi başlayın!


Pinanq hokkien barədə öyrənin

Cənubi min dillərinin bir variantı olan hokkien dili cənub-şərqi Çində yaranıb və tarixən əksəriyyəti dəniz tacirləri olan hokkien xalqının dili olub. Vaxt keçdikcə hokkien dilinin daşıyıcılarının çoxu Çini tərk edərək bu dilin indi istifadə edildiyi qonşuluqdakı sahilyanı ərazilərdə məskunlaşıblar. Bunlara Malayziya, Sinqapur, İndoneziya, Tayvan və Filippin daxildir. Hər bir ölkənin öz hokkien variantı var - regiondan asılı olaraq fərqli ola bilər - və çox vaxt malay dili kimi yerli dillərdən sözlər alırlar.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Malayziya

People Talking

Danışanların sayı

400.000

Family Tree

Dil ailəsi

Çin-Tibet

Çin

Cənubi min

Maraqlı faktlar — Pinanq hokkien

  • Pinanq hokkieni bir neçə qrafika ilə yazmaq mümkündür. uTalk-da Taici və Tâi-lô qrafikası mövcuddur.
  • Hokkien mədəniyyətində qida çox vacibdir, ənənəvi salamlama "yemək yemisən?" mənasını verən "Lú tsia̍h-pá buē?" ifadəsidir.
  • "Günorta və ya axşam yeməyi yemək" ifadəsi Pinanq hokkien dilində hərfi mənada "düyü yemək" - "tsia̍h-pūinn" kimi tərcümə edilir.
  • Pinanq hokkien dilində danışan şəxs "Mən külək yeyirəm" - "Uá tsia̍h-hong" deyirsə, tətilə və ya istirahətə çıxdığını demək istəyir.
  • Pinanq hokkien dilində iki intonasiya mövcuddur və ən azı iki səs - hecavi burun səsləri "m" və "ng" - ağzı bağlı saxlayıb sanki mızıldamaqla formalaşdırılır.
  • "Hokkien" Çində bu dillərin ən çox istifadə edildiyi əyalətin adı olan 福建 (Fújiàn) sözünün cənubi min üslubunda tələffüzüdür.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır