İki dost və onların daha yaxşı dil tədrisi uğrunda axtarış yolu

uTalk dil öyrənmə tətbiqinin iki təsisçisi.

Riçard və Endryu düşünürdü ki, illər ərzində məktəbdə öyrəndikləri fransız dili biliyi onlara kifayət edəcək.

Londonda iş yoldaşı olmuş bu iki dost Fransada iş görüşündə olarkən bir söz belə anlaya bilməmişdilər. 

Bu cür uğursuzluq onları iş yerlərini tərk etməyə və danışıq, dinləmə bacarığını inkişaf etdirən dil tədrisi şirkətini yaratmağa sövq etdi.

Şirkət tədris planı kimi oyunlara müraciət edən ilklərdən oldu. Bu unikal məhsuldan ingilisdilli və qeyri-ingilisdilli şəxslərin istifadə edə bilməsi üçün bir şablon hazırlandı.

İllərlə aparılan təcrübələrdən, keçmiş səhvlərdən nəticə çıxardıqdan sonra (məsələn, əvvəllər Avropaya daha çox diqqət yetirildiyi üçün şirkətə "EuroTalk" adını vermək planlaşdırılırdı) "uTalk" artıq dünya miqyasında 150-dan çox dil öyrənməyə kömək edir.

Riçard bu gün də şirkətə rəhbərlik edir və həm o, həm də Endryu artıq fransızca danışa bilirlər!

Öyrənmənin ən yaxşı yolu

"uTalk"un yaradılmasında alimlər, tədqiqatçılar, dilçilər öz əməyini əsirgəməyiblər. Bu, aşağıdakı səbəbə görədir:

İspan dilini öyrənmək üçün istifadə olunan uTalk dil öyrənmə tətbiqi.

Sözün şəkillə əlaqələndirilməsi sözlərin sadəcə yadda saxlanılması prosesindən də güclü bir yaddaş yaradır, buna görə də "uTalk"da eşitdiyiniz hər bir söz və ya ifadə şəkillə təmsil olunur. Buna ikili kodlaşdırma deyilir. Burada beyinin hər iki tərəfi işə düşür: dil biliyini idarə edən sol yarımkürə və vizual məlumatları emal edən sağ yarımkürə. 

Səstanıma texnologiyası yaxşı üsuldur, amma yenə də insan qulağı qədər yaxşı deyil. Bu səbəbdən istifadəçilərə "uTalk" oyunlarının birində öz tələffüzünün dil daşıyıcısının tələffüzü ilə müqayisə etmək imkanı verilir. 

Yeni dildə danışmaq üçün istifadə olunan uTalk dil öyrənmə tətbiqi.
Kompüterdə istifadə olunan uTalk dil öyrənmə proqram təminatı. 

Yeni məlumatları təkrarlamaq yaddaşı gücləndirir, beləliklə öyrənmək istədiyiniz sözlər fərqli oyunlarda qarşınıza çıxır. Xatırlamaqda çətinlik çəkdiyiniz sözlər isə ağıllı proqram tərəfindən müəyyən edilir, getdikcə tez-tez göstərilir.

"uTalk"un "Təcrübə" bölməsi sözləri qısamüddətli yaddaşınıza həkk etməyə kömək edir, getdikcə çətinləşən digər beş oyunun məqsədi isə onları uzunmüddətli yaddaşınıza daxil etməkdir. Oyunlar qısa, lakin kifayət qədər çətin şəkildə hazırlanmışdır ki, ilk cəhddən 100 %-lik nəticə əldə olunmasın. Bunun üçün fasilə verməli və yenilənmiş zehinlə mövzuya geri dönmək lazımdır. Çünki fasiləli təkrarla öyrənmək fasiləsiz öyrənməkdən daha effektivdir.

Xarici dildə vaxtı bildirmək üçün istifadə olunan uTalk dil öyrənmə tətbiqi. 
Danışıq oyununda qalib gəlmək üçün istifadə olunan uTalk dil öyrənmə tətbiqi.

"uTalk" öyrənməni əyləncəli edir və motivasiyanı artıran dopamin hormonunun ifrazını artırmağa kömək edir. Buna görə də sevdiyiniz işlə məşğul olun - oyunlar oynayın, xal toplayın və zövq alın! 

Dillər bizim üçün nə deməkdir 

1000-dən çox dil daşıyıcısı son 15 il ərzində 150-dan çox dildə səs yazmaq üçün "uTalk"un studiyasına gəlib və tətbiqə hər zaman əlavələr edilib.

Məsafədən asılı olmayaraq, səhraya, uzaq adalara da gedə bilərik. Hər bir dil bizə xalq və mədəniyyət haqqında nəsə danışır.

Geniş yayılmış, azlıqda qalan və xüsusilə nəsli kəsilməkdə olan bütün dilləri sevirik! 

Ümid edirik, istədiyiniz dil bu tətbiqdə var. Əks təqdirdə, xahiş edirik, bizi həmin dildə danışan şəxslərlə əlaqələndirəsiniz. Biz həmişə tətbiqimizdə öz dillərini təmsil edəcək qurumlar axtarışındayıq. Bunun üçün göstərilmiş ünvana yazmaq xahiş olunur: languages@utalk.com.

Əgər siz sülhməramlı, yaxud humanitar qeyri-hökumət təşkilatında işləyirsinizsə, bu ünvana müraciət edə bilərsiniz: partnerships@utalk.com.

uTalk öyrənmə tətbiqi audiosunda xarici dil daşıyıcısının danışığı.

Dil dostlarımız

Dillərlə aparılan iş sayəsində çoxlu dostlar qazandıq. İşlərinə heyran qaldığımız və dəstəklədiyimiz bəzi insanların hekayəsini görmək üçün bura klikləyin: 

"Amikumu" sizinlə eyni dildə danışan və ya dili öyrənən insanları tapmaqda kömək edən pulsuz tətbiqdir.

Əvvəlcə yalnız esperanto dilində danışanlar üçün istifadəyə verilmişdi, indi isə tətbiq 7.000 dili dəstəkləyir. İstifadəçilər ətrafında özləri ilə eyni dildə danışanlara mesaj göndərə, sonra xəritə koordinatlarını paylaşa, görüşə və dostluq edə bilərlər.

"Amikumu" sözü esperanto dilində "dostluq etmək" deməkdir. "uTalk" "Amikumu"nun "Kickstarter" platformasında sponsorlarından biri olmuşdur. 

amikumu.com

"Endangered alphabets" dünyadakı tükənmə təhlükəsində olan yazı sistemlərinin qeyd edilməsinə və saxlanmasına həsr olunmuş qeyri-kommersiya təşkilatıdır.

Bu təşkilat tanıdığı təhlükə altında olan əlifbaların xəritəsini hazırlamış və hər bir əlifbanın qısa tarixçəsini yığmışdır.

Təşkilatçılar xəritəyə əlavələr edəcək və ya işlərini maliyyələşdirməyə kömək edəcək tərəfdaşlar axtarışındadırlar. "uTalk" Yava əlifbası üzərində gedən işlərə sponsorluq etməkdən qürur duyur. 

endangeredalphabets.net

"Wikitongues" dünya dillərini qorumaq üçün fəaliyyət göstərən bir qeyri-kommersiya təşkilatıdır.

Onların 1000 könüllüdən ibarət qlobal şəbəkəsi bu günə qədər 400-dən çox dildə danışanların videoyazısını çəkməyə kömək edib. Onlar xalqların dillərini qorumalarına, təbliğ etmələrinə və gələcək nəsillərə ötürmələrinə kömək edəcək bir vasitə hazırlayırlar.

"uTalk" azlıq dillərinin təbliğinə kömək etmək üçün "Wikitongues" ilə işləyir. 

wikitongues.org

"Aajege" cənubi saam dilini, mədəniyyətini və irsini təbliğ edən və dəstəkləyən cəmiyyətdir.

Bu dil ənənəvi olaraq Norveç və İsveçdəki çobanlar, ovçular, balıqçılar və digər bu kimi peşə sahibləri tərəfindən danışılır. Dil daşıyıcılarının sayı 1000-dən az olduqdan sonra UNESCO tərəfindən ciddi şəkildə təhlükə altında olan dil kimi təsnif edilmişdir.

"Aajege" cəmiyyətinin köməyilə cənubi saam dilini artıq "uTalk"da öyrənə bilərsiniz.

aajege.no

"Culture Vannin" Men mədəniyyətini tanıtmaq üçün qurulmuş bir xeyriyyə təşkilatı olan "Manx Heritage Foundation"ın digər adıdır.

Men dili Men Adasında danışılan kelt dilidir və "Vannin" Men dilində elə həmin adanın adıdır. Dil 2009-cu ildə UNESCO tərəfindən yox olmuş elan edildi, lakin Men dilində danışanlardilin heç vaxt tamamilə tükənmədiyini iddia etdikdən sonra bunun əvəzinə dilin statusu "kritik təhlükə altında olan" kimi təsnif edildi.

"uTalk" dili dəstəkləməyə kömək edən "Learn Manx" tətbiqini təqdim etmək üçün "Culture Vannin" ilə bilikdə çalışmışdır. 

culturevannin.im

"Ladino 21" sefard yəhudilərinin ladino dilini və mədəniyyətini sənədləşdirən və qoruyan rəqəmsal arxivdir.

Təşkilatın məqsədi qlobal sefardi diasporasının ladinodilli üzvlərinin öz tarixlərini, şəxsi təcrübələrini, hekayələrini audio-vizual materiallar və "YouTube", "Facebook", "Twitter" daxil olmaqla sosial media vasitəsilə qeyd etmələrini təmin etməkdir.

Ladino dili UNESCO tərəfindən tükənməkdə olan bir dil olaraq təsnif edilir və "uTalk" sefard dilini tətbiqə əlavə etmək üçün "Ladino 21" ilə aparılan əməkdaşlıqdan məmnundur. Arxivlə əlaqə: ladinosiglo21@gmail.com.

ʻŌlelo|Online helps you learn how to speak Hawaiian by taking part in live online instruction and/or by individual study with audio, video and textual lessons.

It is run by Hawaiian speaker, translator and lecturer Kaliko Beamer-Trapp. Kaliko is also a member of the Hawaiian Language Lexicon Committee which coins new Hawaiian words needed for use in the Hawaiian language immersion school system.

Kaliko has collaborated with uTalk on its range of Hawaiian language learning products since 2003.

oleloonline.com