Uzun sözün qısası, bizdə olan qədər geniş dil öyrənmə üsulları heç kimdə yoxdur.
150-dan çox dil və 20.000-dən çox dil öyrənmə kombinasiyası ilə dünya səviyyəsinə çatmağımız həddən artıq elastik olduğumuzu bildirir. Dil öyrənilməsi üzrə multimedia biznesində 25 ildən artıq fəaliyyətimizlə özümüzü təsdiq etmişik.
Sadəcə, ehtiyaclarınız haqqında bizə məlumat verin və biz sizin müştərilərinizə, işçi heyətinizə və ya tələbələrinizə kömək etmək üçün işləyəcəyik.
Aşağıda tərəfdaşlarımızdan bəziləri göstərilib. Bu vaxta qədər düşündüyümüz kreativ həll nümunələrini görmək üçün ulduzla işarələnənlərə toxunun.
Sərnişinlər enişdən öncə öyrənirlər
"Emirates Airline" ilə uçuş həyata keçirən sərnişinlər havada olarkənqabaqcıl proqram təminatı sayəsində bir dil öyrənə bilirlər.
"Səmadakı sinif" sxemi sərnişinlərin oturacaq başlığındakı monitorda "uTalk" videolarından bir dil öyrənməsinə imkan verir, beləliklə onlar enişə yaxın həmin ölkənin dilindən istifadə edərək taksi çağıra və ya yemək sifariş edə bilərlər.
İngilisdilli sərnişinlərdən başqa almanca, ispanca, ərəbcə və ya mandarin dilində danışan səyahətçilər də təklif olunan 15 dildən hər hansı birini öyrənə bilərlər.
Tələbələr universitet tədrisindən zövq alırlar
Nyukasl Universitetinin tələbələri dərsdənkənar məşğuliyyət kimi yeni bir dil öyrənərək üfüqlərini genişləndirirlər.
Gələcək perspektivləri düşünən universitet tələbələrə və işçilərə maariflənmə sxeminin bir hissəsi olaraq tətbiqin 140 dilindən hər hansı birini öyrənmək üçün "uTalk"dan istifadə etmək şansı verir.
Universitet rəhbərləri hər bir istifadəçinin dil seçimini və tətbiqdəki irəliləməsini xüsusui bir paneldə izləyə bilirlər. Öyrənilən ilk on dil arasında yapon, Koreya, Çin və rus dilləri var.
Supermarket işçiləri xüsusi təklif alırlar
"Morrisons" supermarketi işçilərinə dil dərsləri verməklə onların karyera perspektivlərini artırır.
Şirkət Böyük Britaniyadakı 28 supermarketində çalışan işçilərin dil biliklərinə yatırım etmək üçün "uTalk" ilə birləşdi.
Hazırlanmış sistem Britaniya vətəndaşı olmayan işçilərə gündəlik danışıq ingiliscəsini öyrətməklə yanaşı "uTalk" tətbiqi daxilində "Morrisons" supermarketlərində işlənən söz və ifadələri də öyrənməyə kömək edir.
"Morrisons" tərəfindən seçilmiş 17 dilə ərəb, hind, Litva və polyak dilləri də daxildir.
Komanda öyrənməyə hazırlaşır
"easyJet" şirkətinin uçuş heyəti sərnişinləri daha da mehriban qarşılamaq üçün dil bacarıqlarını artırır.
Şirkət "uTalk" tətbiqindəki 150-dan çox dildən yararlanmaq üçün heyət üzvlərini yükləmə kodları ilə təmin edir.
"easyJet" həmçinin sərnişinlərinə "Inflight Entertainment" sisteminin bir hissəsi olaraq havada olduqları müddətdə öz cihazlarında bir "uTalk" dili öyrənmək imkanı verir.
Dil öyrənmə proqramı həmin cihazlara "uTalk" tərəfindən daxil edilmişdir.
Dil öyrənənlər kofeşopları sinif otaqlarına çevirdilər
Aparılan innovativ təcrübə çərçivəsində "Costa Coffee" kafelər şəbəkəsinin müştəriləri sifariş etdiyi içkilərlə birlikdə dil tədrisi ilə də təmin olunublar.
Əvvəlcə ziyarətçilər "PopUp College" vasitəsilə "uTalk" tətbiqini yüklədilər. Sonra isə "Costa" kafeləri dil öyrənənlərin qəhvə masası arxasında öz biliklərini yoxlaya biləcəyi sinif otaqlarına çevrildi.
Ən çox müzakirə olunan mövzular müxtəlif ifadələr, yemək, içki və restoranlara həsr olunmuşdu.
Kitabxana ziyarətçiləri yeni səhifə açırlar
Dublin Kitabxanası yeni dil öyrənmək istəyən miqrantlara və digərlərinə dostluq əlini uzadır.
"uTalk" tətbiqi üçün kilidaçma kodlarının köməyi ilə kitabxana insanlara "uTalk"un 150 dilindən istənilən birinə giriş imkanı qazandırır.
Xüsusi sifarişli "uTalk" paneli də kitabxana işçilərinə istifadəçilərin dil seçimini və tətbiqdəki irəliləməsini izləməyə imkan verir.
Öyrənənlərin böyük əksəriyyəti (40 %) "uTalk" ilə ingilis dilində danışma bacarıqlarını mənimsəməyi seçdi, fransız dilini seçənlər 5 %, ispan dilini seçənlər 4,8 % təşkil edir.
Səyahətçilərin Dubaya uçuşu
"Dubai Duty Free" xidməti milyonlarla sərnişinə dil öyrənmək imkanı verib.
Dubay hava limanında yerləşən nüfuzlu pərakəndə satış şirkəti "uTalk"un rekord sayda dil öyrənmə məhsullarını satıb.
Müxtəlif ölkələrdən olan səyahətçilər "uTalk"dakı geniş dil seçimi imkanına görə satılan məhsulların hamısını almışdılar.
Satılan ən məşhur "uTalk" dilləri arasında ingilis, ərəb, alman, fransız, ispan, mandarin və rus dilləri var.
Tətilə gedənlər çantalarını doldururlar
Tətilə gedənlər İsveç turizm şirkəti "TUI" sayəsində səyahətlərinə daha çox əyləncə qatdılar.
"TUI" Skandinaviya müştərilərinə tətil ehtiyaclarının bir hissəsi olaraq "uTalk" dil öyrənmə tətbiqini təklif edir.
Veb-sayt vasitəsilə satılan ən məşhur dillər ispan, italyan, fransız, tay və ingilis dilləridir.
Qəzet oxucuları dil biliklərinə yiyələnirlər
Hindistanda tələbələr "Amar Ujala" qəzetinin köməyi ilə öz karyera perspektivlərini yüksəldirlər.
Gündəlik dövriyyəsi 5,5 milyon ədəd təşkil edən qəzet "uTalk"la əməkdaşlıq edərək hind dilində oxuyan şəxslərin ingilis dilini öyrənməsinə kömək edir.
Sxemə əsasən, öyrənənlər "uTalk" tətbiqinə giriş, qeyd kitabçası və tədrisə nəzarət etmək üçün müvafiq müəllimlərlə görüş imkanı ilə təmin olunurlar.
Tətbiqə "Biznes karyerası", "Elektron poçt və Texnologiya" və "Telefonda" kimi mövzular daxildir.