Yukatek Maya (Mayan) dilini öyrən 

Praktik, real həyat hadisələri ilə Yukatek Maya (Mayan) dilini onlayn öyrənin! Sadə, sürətli və asan öyrənmə. Yukatek Maya (Mayan) dilində əminliklə danışın.


Yukatec Maya (Mayan) haqqında

Yerli dil daşıyıcılarının maaya t'aan adlandırdıqları Yukatek Maya Meksikanın Yukatan yarımadasında və Şimali Belizdə danışılan yerli Amerika dilidir. O, 3000 il bundan əvvəl Qədim Maya sivilizasiyası zamanı danışılan ortaq əcdad dilindən törəyən və qorunub saxlanmış Maya dilləri arasında ən çox danışılan dildir. Təxminən 30-a yaxın müasir Maya dilləri eyni dil ailəsini paylaşsalar da, ümumiyyətlə, bir-birinə oxşar deyillər. Yukatek Maya dilində radio stansiyaları və televiziya şouları mövcuddur və bu dil azlıqlara ibtidai məktəblərdə və uşaq bağçalarında da tədris olunur. uTalk tətbiqi yerli radiostansiya olan XHNKA-FM-də Yukatan yarımadasından olan dilin daşıyıcılarını lentə almışdır.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Meksika

Beliz

People Talking

Danışanların sayı

800.000

Family Tree

Dil ailəsi

Mayalı

Maraqlı faktlar — Maya

  • Günəş sözü k'iindir və Maya dillərində eyni sözdür. K'iin, həmçinin 'zaman' və 'gün' mənasını verir, çünki Qədim Mayada vaxtın ötməsini ölçmək üçün günəşdən istifadə edirdilər.
  • Həyatın və ölümün hər məqamına məsul olan müxtəlif Maya tanrıları vardır. Həm də pis xasiyyətli tanrılar və mərhəmətli tanrılar var ki, onlara danışıq dilində “dost” mənasını verən “-en” şəkilçisi artırılır, məsələn, yuumen.
  • Quraqlıq zamanı ch'a' cháak - 'yağış istəmək' ritualı icra olunur. Valideynlər uşaqlarına, yağışın yağması üçün masanın altına girib qurbağa səsi çıxarmalarını tapşırırlar.
  • Yerlilər şimşək çaxanda – jaats' cháak – və yağış yağmayanda, bunun tanrıların kiməsə qəzəbi tutduğunu və onu ildırımla vurmağa çalışdığını söyləyirlər!
  • Yukatan yarımadasındakı bir çox yer adları yanlış məlumatlılığın nəticəsidir. Məsələn, indiki Tekax şəhəri İspan müstəmləkəçiləri tərəfindən yerli əhalinin onu te' k'áaxo' - "orada dağlarda" mənasını verən istiqamət kimi adlandırdıqlarını eşitdikdən sonra şəhəri bu cür adlandırılmışlar!
  • Maya mənşəli yer adlarına məşhur turizm məkanı Kankun daxildir ki, bu da 'ilan yuvası' mənasını verən kaan - 'ilan' - və ku'u' 'şişmək və ya çox doldurmaq' deməkdir. 

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır