Tamazit (rif bərbər dili) öyrənin

Praktiki, real həyat vəziyyətləri ilə Tamazit (rif bərbər dili) öyrənin! Sadə, sürətli və asan öyrənmə prosesi. Rif dilini özünəinamla danışın. uTalk ilə indi başlayın!


Tamazit (rif bərbər dili) haqqında

Rif bərbər dili Mərakeşin yerli xalqlarının danışdığı üç əsas bərbər və ya tamazit dillərindən biridir. Şimali Afrikada yaranmış Bərbər dilləri əsasən evdə və ya qeyri-rəsmi situasiyalarda danışılır və adətən, yazılı yox şifahi şəkildə istifadə olunur. Bu dillər bir-biri ilə əlaqəli olsa da, qarşılıqlı başa düşülə bilən deyillər. Rifian və ya tarifit kimi də tanınan rif bərbər dili əsasən şimali Mərakəşin Rif bölgəsində, eləcədə də Əl-cəzairin bəzi yerlərində və Qərbi Avropada diaspora tərəfindən istifadə olunur. Bu dil ərəb dilindən çox təsirlənib, ispan və fransız dillərinin də təsiri hiss olunur. uTalk Mərakeşin Rif bölgəsindən olan dil istifadəçilərinin səslərini yazıb.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Mərakeş

Əlcəzair

People Talking

Danışanların sayı

1.700.000

Family Tree

Dil ailəsi

Amazix

Bərbər

Afro-Asiya

Maraqlı faktlar — Tamazayt

  • Mərakeşdə yol nişanları bəzən üç əlifbadan istifadə edir: latın, ərəb və rəsmi bərbər əlifbası olan tifinaq.
  • Rif dilində "Tanrı" sözü "Bu-Itran", yəni "ulduzların sahibi" deməkdir.
  • Qızlar və qadınlar bəzən əzizləmə mənasında "kiçik quş" - "qubiht" adlandırılır.
  • Yadlara hörmət əlaməti olaraq "xala" - "khatchi" və ya "əmi" - "ɛizzi" deyə müraciət edilir.
  • Tamazit və ya bərbər dillərinin üç əsas ləhcəsi tarifit, şilx və tamazitdir.
  • Çaşdırıcı haldır ki, tamazit həm dil qrupunun adı, həm də buradakı dillərdən birinin adıdır.
  • Standart Mərakeş tamazit dili Mərakəşin rəsmi dillərindən biri olub tarifit, şilx və tamazit dillərinin xüsusiyyətlərini özündə ehtiva edir.
  • Bərbər xalqları özlərini həm də "azad" mənasını verən "Imazighen" (cəmdə) və ya "Amazigh" (təkdə) adlandırırlar.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır