Linqala öyrənin

Real həyatdakı situasiyalar əsasında onlayn olaraq linqala öyrənin və əminliklə danışın. “uTalk”la elə indi başlayın!


linqala haqqında

Linqala həm Konqo Demokratik Respublikasının, həm də Konqo Respublikasının rəsmi dilidir. Orta Afrikanın bobangi dilinə əsaslanır, eyni zamanda fransız, ingilis, ispan və portuqal dillərindən götürülmüş geniş söz ehtiyatına malikdir. Bu, bir bantu dilidir (bəzi dilçilər dilin, əslində, bantu kreolcası olduğunu düşünürlər), yəni suahili, zulu və nıyancaya kimi dillərlə bənzərliyi var. Fransız dili KDR-də ortaq dil olaraq istifadə edildiyi halda, linqala tarixən ordunun rəsmi dili olub və bu günə qədər KDR silahlı qüvvələrinin ortaq dilidir. 

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Konqo Demokratik Respublikası

Konqo Respublikası

People Talking

Danışanların sayı

10.000.000

Family Tree

Dil ailəsi

Niger-Konqo

Atlantik-Konqo

Benue-Konqo

Bantu

Maraqlı faktlar — Linqala

  • Linqala dilinin böyük bir hissəsi fransız, portuqal, ingilis və ispan dillərindən götürülüb.
  • Linqala müasir mədəniyyətlə sıx bağlı olan bir dildir və Mərkəzi Afrikada caz mətnlərində, əsasən, bu dildən istifadə olunur.
  • 1900-cü illərin əvvəllərinə qədər linqala dili yazıya malik deyildi. Sonra isə missionerlər latın əlifbası əsasında bu dilin yazısını hazırlamışdılar.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır