Ladino dili öyrənin

Real həyatdakı situasiyalar əsasında onlayn olaraq ladino dili öyrənin və əminliklə danışın. “uTalk”la elə indi başlayın!


Ladino dili haqqında

Yəhudi-ispan dili kimi də adlanan ladino dilində 1492-ci ildə baş verən qovulmalaradək bugünkü İspaniya və Portuqaliyada yaşamış olan yəhudi əhali danışır. Baxmayaraq ki, bu dil ölkədən xaricdə (ən çox Osmanlı İmperiyasında) formalaşmışdır, o, orta əsr İberiyasında istifadə olunan linqvistik rəngarəngliyi özündə saxlayır. Bu fakt isə öz növbəsində həmin dilin Kastilya ispancasına oxşarlığını izah edir. Bu gün ladino dili UNESCO tərəfindən yoxolma təhlükəsi altında olan dil kimi müəyyən edilib. Bu tətbiq ladino dilinin inkişafı və sənədləşdirilməsi ilə məşğul olan "Ladino 21" cəmiyyətinin köməyi ilə hazırlanmışdır.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Türkiyə

İsrail

Yunanıstan

Birləşmiş Ştatlar

Bolqarıstan

Makedoniya

Argentina

Uruqvay

Çili

People Talking

Danışanların sayı

50.000

Family Tree

Dil ailəsi

Roman

Türk

Semit

Hind-Avropa

Maraqlı faktlar — Ladino dili

  • Ladino dili yəhudi sefard cəmiyyətlərində formalaşmışdır. "Sefard" sözü İspaniyanın ivrit dilindəki adıdır.
  • Tarixən ladino dilində ivrit yazısından istifadə olunurdu, amma müasir dövrdə, əsasən, latın əlifbasından istifadə olunur.
  • Bu dil ivrit, türk, yunan və digər dillərin təsirinə məruz qalmışdır.
  • Səyahətçiyə yaxşı yol "kaminos de leche i miel", yəni "süd və bal yolu ilə get" ifadəsi ilə arzu olunur.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır