Korsika dilini öyrən 

Korsika dilini praktiki, real həyat vəziyyətləri ilə öyrənin! Sadə, sürətli və asan öyrənmə. Korsika dilini inamla danışın. uTalk ilə indi başlayın!


Korsika dili haqqında

Korsika dili Aralıq dənizində Korsika adasında danışılan qədim yerli dil olub "korsu" və "linqua korsa" da adlandırılır. Bu dilin bir çox dialekti olsa da, bunlar adətən iki əsas qrupa ayrılır: şimali və cənubi; arada qalan ərazilərdə isə hər ikisinin əlamətləri müşahidə olunur. Şimal variantının müasir italyan dilinə oxşarlıqları çoxdur - özü də şimal-qərbi İtaliyanın bir dialektindən yaranıb - cənub variantları isə latın və cənubi İtaliya dialektlərinə bənzərdir. Korsika dilinin bütün dialektləri öz aralarında qarşılıqlı anlaşılandır, ancaq orfoqrafiya və tələffüz qaydalarında fərqlər var. UNESCO korsika dilini "qəti şəkildə təhlükə altında" hesab etsə də, onu canlandırmaq məqsədli yerli səylər uğurlu olub.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Korsika

Şimali Sardiniya

People Talking

Danışanların sayı

150.000

Family Tree

Dil ailəsi

Hind-Avropa

İtalyan

Roman

Maraqlı faktlar — Korsika

  • Korsika dili standart italyan dili ilə qarşılıqlı anlaşılandır.
  • Napolyon Bonapart Korsikada anadan olub, onun ana dili korsika dili, sonra öyrəndiyi dil isə adanın rəsmi dili olan italyan dili olub. O, fransız dilini yalnız 10 yaşından sonra öyrənib.
  • Korsika dilinin standartlaşdırılmış orfoqrafiya qaydaları yoxdur, ancaq şimali dialektlər qrupunun yazılış formaları daha çox tətbiq olunur.
  • Korsika dili latın qrafikası ilə yazılır, ancaq korsika dilinin öz sözlərində j, k, w, x və y hərflərindən istifadə olunmur, bunlar yalnız xarici adlarda və fransız dilindən alınma sözlərdə istifadə olunur.
  • Korsika dilində məşhur olan "Ya supunu ye, ya da pəncərədən tullan" – O mangia a minestra, o salta a fenestra – məsəli "nəyəsə ya dözməli, ya da susmalısan" mənasını verir. Sup ənənəvi olaraq korsikalıların pəhrizinin tərkib hissəsi olub.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır