Havay dilini öyrən 

Praktik, real həyat hadisələri ilə Havay dilini onlayn öyrənin! Sadə, sürətli və asan öyrənmə. Havay dilində əminliklə danışın. Elə indi uTalk ilə başlayın!


Havay dili haqqında

Havay dili, həmçinin ʻŌlelo Hawaiʻi adlanır, Şimali Sakit Okeanın Havay adalarında danışılan yerli Polineziya dilidir. Bir vaxtlar adalarda əsas dil olmuş, hökumət idarələrində və məktəblərdə istifadə olunmuş, lakin 1900-cü illərin əvvəllərində Havay ABŞ-ın nəzarətinə keçdikdən sonra ingilis dili ilə əvəz olunmuşdur. Havay dilini bərpa etmək üçün göstərilən səylərə, 1978-ci ildə Havay adalarında rəsmi dil kimi tanınması və onun 1987-ci ildən etibarən ayrıca Havay məktəblərində tədris vasitəsi kimi istifadə edilməsi daxildir. Hazırda YUNESKO tərəfindən təhlükə altında olan dil kimi təsnif edilsə də, bu dilə maraq artmaqdadır və bu dilin daşıyıcılarının sayı durmadan artır.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Havay adaları

People Talking

Danışanların sayı

2.000

Family Tree

Dil ailəsi

Avstroneziya

Malay-Polineziya

Okeaniya

Şərqi Polineziyalı

Maraqlı faktlar — Havay

  • "Aloha" salamlaşması, salamdan daha çox məna kəsb edir - o, həm də sevgi, xoş niyyət və həyatı ifadə edir.
  • Keçmiş zamanda "ināhea" və ya gələcək zamanda "āhea"nı nəzərdə tutmağınızdan asılı olaraq "nə vaxt" üçün müxtəlif sözlər mövcuddur.
  • Sözlərdə bəzən “melemele” – sarı, “pikapika” – ədviyyatlı, “nananana” – hörümçək və onlardan ən yaxşısı isə Havay tətik balığı – “Humuhumunukunuku‘apua‘a” kimi təkrar hecalar olur.
  • Havay dilində saitlər böyük əhəmiyyət kəsb edir - bütün Havay sözləri saitlə bitir və samitlərdən sonra həmişə sait gəlir.
  • Havay Pidgin kimi tanınan Havay-İngilis kreolu da adalarda geniş yayılmışdır. Bu dildən “slippahs” sözünü misal göstərmək olar ki, bu da “çəkələk” deməkdir.
  • Havay dilində tez-tez istifadə olunan istiqamətlərə "dənizə doğru" mənasını verən "ma kai" və "dağa doğru" mənasını verən "ma uka" sözləri daxildir. 

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır