Alsatian dilini öyrən

Elzas dilini praktiki, real həyat vəziyyətləri ilə öyrənin! Sadə, sürətli və asan öyrənmə. Elzas dilini inamla danışın. uTalk ilə indi başlayın!


Elzas dili haqqında

Elzas alman dialekti və ya elzas dialekti kimi də tanınan elzas dili şimal-şərqi Fransanın Elzas bölgəsinin ənənəvi dilidir. Bu, Fransanın alman dilləri qrupuna aid olan yerli dil olub standart alman dili ilə əsasən qarşılıqlı anlaşılandır. Fransız dilində "Alsacien" adlandırılan elzas dilini danışanların sayı İkinci Dünya Müharibəsindən sonra fransız dilinə üstünlük verilməsi səbəbilə azalıb. Ancaq bundan sonra elzas dili Elzas Avropa Kollektivi və digər icma assosiyasiyalarının dəstəyi ilə dirçəliş dövrü keçib. Elzas dilinin yerli variantlarının olması o deməkdir ki, müxtəlif ərazilərdən olan elzas dilində danışanlar bəzən fərqli yazılışlardan, eləcə də fərqli söz və ifadələrdən istifadə edirlər. uTalk bölgənin şimalından olan kişi və cənubundan olan qadının səsini qeydə alıb.

uTalk Language Logo
Arrow facing left to cycle backwards through text
Play sample text audio Play sample text audio
Arrow facing right to cycle forward through text

Planet Earth

Harada danışılır?

Fransa

People Talking

Danışanların sayı

600.000

Family Tree

Dil ailəsi

Hind-Avropa

German

Qərbi german

Maraqlı faktlar — Elzas

  • Elzas dilinin müxtəlif variantları olsa da, bunlar ümumilikdə qarşılıqlı anlaşılan hesab olunurlar.
  • Elzas bölgəsinin simvolu uşaq gözləyən valideynlərə uşaqlarını gətirən leyləkdir, "leylək" sözünün tərcüməsi isə "stork", "cigogne" və "storig" kimi edilir.
  • Avtomobili pis idarə etsəniz, "donuz kimi maşın sürməkdə" - fahre wie e Söj - ittiham oluna bilərsiniz, çox isti olanda sizə "it kimi isti" olduğunu - heiss wie e Hund - deyə bilərsiniz.
  • "Bu mənim üçün kolbasadır" - "s’esch wir Wurst" - nəyisə vecinə almamağı bildirir.
  • "Bu belədir" - "s’esch eso" - elzas dilində danışanların stoik fatalizmini ifadə edir.
  • Elzasın mərkəzi Strazburq - Stråsburg - şəhəridir, burada həm də Avropa Parlamentinin baş qərargahı yerləşir.

30 milyondan çox insan "uTalk" tətbiqinin köməyi ilə yeni dildə danışmağa başlayıb

Treasure

Gündəlik hadisələri əhatə edən 60-dan çox mövzunun özündə cəmləşdirdiyi 2500-dən çox söz və ifadə

Native Speakers

Danışığınızı inkişaf etdiyin və tələffüzünüzü dil daşıyıcıları ilə müqayisə edin

Games

Oyunla öyrənmək əyləncəli və faydalıdır